“Arsenal” klubunun gəlirləri Çempionlar Liqasına görə azalıbbackend

“Arsenal” klubunun gəlirləri Çempionlar Liqasına görə azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə London təmsilçisinin 2017/2018 mövsümünün ilk yarısı üçün açıqladığı maliyyə hesabatında bildirilir.

Bir il əvvəl 54,4 milyon funt sterlinq gəlir götürən “topçular”ın hazırkı mənfəəti 20,7 milyon təşkil edib.

Əməkhaqqı ödənişlərində isə 13,2 milyonluq artım qeydə alınıb. Vergiləri çıxdıqdan sonra klubun xalis gəlirində artım var. Londonluların qazancı 12,6 milyon funt sterlinqdən 25,1 milyona yüksəlib. Buna “Arsenal”ın bəzi futbolçularını satması səbəb olub.

Qeyd edək ki, hesabatda Pyer-Emerik Obameyanqın bu il yanvarın 31-də Almaniyanın “Borusia” (Dortmund) klubundan 63,75 milyon avroya transfer olunması nəzərə alınmayıb. (oxu.az)

İnterpress.az