İnterpress.az xəbər verir ki, şimal qonşumuz Rusiyanın baş naziri Dmitri Medvedev baş verən yanğınla bağlı Azərbaycanın baş naziri Artur Rasizadəyə başsağlığı verib. Məktub Rusiyanın nazirlər kabinetinin rəsmi internet səhifəsinə yerləşdirilib.
“Hökumət və şəxsən öz adımdan Bakıda Respublika Narkoloji Mərkəzində baş verən yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Həlak olanların yaxınlarına və doğmalarına təsəlli sözlərimizi, zərərçəkənlərə isə tezliklə sağalma diləklərimizi çatdırmağımızı xahiş edirəm”,- məktubda belə deyilir.
Qeyd edək ki, dünən baş verən yanğın nəticəsində Narkoloji Mərkəzdə müalicə olunan 25 nəfər yanaraq ölüb.
İnterpress.az