Martın 3-də saat 15:15-də Crocus City Hall-da Müslüm Maqomayevin 75 illik yubileyi ilə bağlı keçirilən konsert proqramı, saat 16:55-də isə “Müslüm Maqomayev. Sənsiz Günəş yoxdur…” adlı sənədli film efirə gedib.
Saat 23:00-da tamaşaçılara Müslum Maqomayevin 70 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Saat 19:55-də efirə çıxan “Bu axşam” adlı verilişdə isə aparıcı Yuliya Menşova, həmçinin studiyanın qonaqları əfsanəvi müğənninin xatirəsini yad ediblər, onun mahnılarını oxuyublar.
Verilişə SSRİ-nin xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da qatılıb. (oxu.az)
İnterpress.az