Məktəbdə valideynlərə 8 Mart “hədiyyəsi” – “Uşağa deyib 35 manat gətir, haradan alım bu pulu?”backend

Məktəbdə valideynlərə 8 Mart “hədiyyəsi” – “Uşağa deyib 35 manat gətir, haradan alım bu pulu?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Övladı Xətai rayonunda yerləşən 27 saylı orta məktəbdə təhsil alan adının çəkilməsini istəməyən valideynlərdən biri, PressClub.Az-a deyib ki, dünən uşağına sinif rəhbəri tərəfindən tapşırıq verilib: “Qızıma və sinif yoldaşlarına deyiblər ki, bu gün – 8 marta görə 35 manat gətirin. Mən də kasıb adamam, bu qədər pulu haradan verim? Bəs məktəblərdə rüşvət yoxdu deyirdilər”.

Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbdə özünü təlim-tərbiyyə üzrə müavin kimi təqdim edən xanım bildirdi ki, heç bir şagirddən pul alınmır: “Şagirdlər müəllimlərini təbrik etmək istəyirlərsə, buna qarışa bilmərik. Amma pul yığılması söhbəti yalandır”.

İnterpress.az