Etibar Qasımov 1959-cu ildə Bakı şəhərində anadan olub. Leninqrad Hərbi Tibb Akademiyasının məzunu, Qarabağda savaş başlayarkən akademiyanın sonuncu kursunu yarımçıq tərk edərək Vətənin müdafiəsinə qoşulub. Birinci Qarabağ savaşı zamanı müxtəlif hərbi hissələrdə tibb xidməti rəisi kimi çalışıb. Sonradan Hərbi Tibb Fakultəsinin və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın rəisi olub.
Etibar Qasımov doxsanıncı illərin sonunda və iki mininci illərin əvvəllərində MN Tibb Baş İdarəsinin rəis müavini olub.
MN Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev başda olmaqla idarənin bütün şəxsi heyəti Azərbaycanın ən vətənpərvər zabitlərindən və peşəkar hərbi həkimlərindən birinin vaxtsız vəfatı münasibətilə mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və ona Allahdan rəhmət diləyir. (moderator.az)
İnterpress.az