“Ölkə.Az”ın xəbərinə görə, Tibb Universitetinin tələbəsi Esmer Uslu Şah qızı 16-cı Polis Bölməsinə marşrut avtobusunda pul kisəsinin oğurlanması barədə müraciət edib.
Zərərçəkənin sözlərinə görə, o, marşrut avtobusunda yol pulu vermək məqsədi ilə xırda qəpiklər çıxardıb və puluni ödəyərək aşağı düşüb. Ancaq bu zaman sənədlər olan pul kisəsinin yoxa çıxdığını görüb.
Faktla bağlı 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.
İnterpress.az