Hollandiyada xuliqanlarla futbolçular arasında dava baş verib – VİDEObackend

Hollandiyada xuliqanlarla futbolçular arasında dava baş verib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dava Deventer şəhərində keçirilən “Qo Əhed İqls” və “De Qraafsxap” komandaları arasında keçirilən matç zamanı olub.

Belə ki, qonaq komanda hesabda 4:0 öndə olarkən, xüsusən 16 dəqiqəyə üç qol vurarkən meydan sahiblərinin azarkeşləri özlərini saxlaya bilməyib və meydana daxil olub. Nəticədə azarkeşlərlə “De Qraafsxap” futbolçuları arasında dava baş verib. Davaya qonaq komandanın ehtiyatda olan futbolçuları da qoşulub.

Stadionun mühafizəçiləri isə araya girərək xuliqan azarkeşləri tutublar.

İnterpress.az