İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı – Bakıda dəhşətli hadisəbackend

İşlədiyi şirkətdən maaşını ala bilməyən sürücü özünü yandırdı – Bakıda dəhşətli hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəhruz Feyruz oğlu Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun “Ölkə.Az”a verdiyi açıqlamayada deylir:

“Xəstə dünən bədəninin bir neçə yerinin yanması diaqnozu ilə daxil olub. Əsasən boyun, burun və əl nahiyyələri yanıb. Lazımı yardımlar göstərilib, vəziyyəti stabildir”.

Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.

İlkin dindirmələr zamanı B.Zeynalov sürücü işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.

İnterpress.az