İnterpress.az xəbər verir ki, big.az-a daxil olan məlumata görə yayılan məlumat tamamilə yalnışdır və bunu yayanlar təxribatla məşğuldur.
Redaksiyamıza göndərilən videomaterialdan da açıq-aydın görünür ki, təhqir edilən məzar Vidadi İsgəndərlinin atasının məzarı deyil. Bununla yanaşı Vidadi İsgəndərlinin yaxınları da onun atasının məzarının təhqir olunmadığını təsdiq edərək bu kimi yalan məlumatı yayanları sərt şəkildə qınayıb. Onlar qeyd ediblər ki, özünü müxalifətçi adlandıran bəzi şəxslər bu kimi vasitələrlə siyasi divident qazanmağa çalışır, əslində isə bu kimi əməllər dövlətçiliyə və hökumətə qarşı qurulmuş bir siyasi oyundur.
Həmin görüntüləri sizə təqdim edirik.
İnterpress.az