“Real” və “Liverpul” 1/4 finalda – VİDEObackend

“Real” və “Liverpul” 1/4 finalda – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii ki, bütün diqqətlər Parisdəki matça yönəlib. Erkən final hesab edilən PSJ – \”Real” mübarizəsində kimin yoluna davam edəcəyinə aydınlıq gəlib. İspaniyada rəqibinə 2 top fərqi ilə qalib gələn ÇL-in son qalibi Fransada da qələbə qazanıb.

Günün digər oyununda \”Liverpul\” \”Porto\”nu qəbul edib. Səfərdə rəqib qapısından 5 cavabsız top keçirən \”mersisaydlılar” formal xarakter daşıyan cavab görüşündə qolsuz bərabərliyə razılaşıblar.

Beləliklə, Çempionlar Liqasında 1/4 finala adlayan ilk komandalar \”Real\” və \”Liverpul\” olub.

Çempionlar Liqası
1/8 final (cavab oyunları)
6 mart

PSJ (Fransa) – \”Real” (İspaniya) – 1:2

Qollar: Kavani, 71 – Ronaldo, 52; Kasemiro, 80
Qırmızı vərəqə: Verratti, 66
Baş hakim: Feliks Brix (Almaniya)
Paris, \”Park De Prens\” stadionu
İlk oyun – 1:3

\”Liverpul” (İngiltərə) – \”Porto” (Portuqaliya) – 0:0

Baş hakim: Feliks Zvayer (Almaniya)
Liverpul, \”Enfild Roud\” stadionu
İlk oyun – 5:0

İnterpress.az
https://youtube.com/watch?v=rXXBLCdgcXchttps://youtube.com/watch?v=vBZHYaObKbw