Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilsinbackend

Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu müxalif siyasətçinin vəkili Fuad Ağayev deyib.

Qeyd edək ki, məhkəmənin 16 noyabr 2017-ci il tarixli qərarı ilə İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulması təsbit edilmiş (İnsan Haqları haqqında Konvensiyanın 6-cı maddəsi), 7 il müddətinə azadlıqdan məhrum edilmə qərarı isə faktiki olaraq əsassız hesab olunmuşdu.

Avropa Məhkəməsinin bu qərarından həm Azərbaycan hökuməti, həm də İlqar Məmmədovun özü şikayət vermişdi. Müxalif siyasətçi tələb edirdi ki, 6-cı maddə ilə birlikdə Konvensiyanın 18-ci maddəsinin də pozulması təsbit edilsin, Azərbaycan hökuməti isə iddia edirdi ki, İlqar Məımmədovun barəsində Konvensiyanın 6-cı maddəsi pozulmayıb.

Bu gün Avropa Məhkəməsinin Böyük palatasının 5 hakimdən ibarət kollegiyası hər iki şikayəti rədd edib vıə bununla da 16 noyabr 2017-ci il tarixli qərar 3 ay müddətində icra olunmalıdır.

Faktiki olaraq, bu, o deməkdir ki, İlqar Məmmədovun barəsində qərar ləğv edilməli, o, azadlığöa buraxılmalı və 10 min avro məbləğində kompensasiya ödənilməlidir. ( virtualaz.org )

İnterpress.az