Alpinistlərin axtarışları dayanıb? – AÇIQLAMAbackend

Alpinistlərin axtarışları dayanıb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az azxeber.com-a xəbər verir ki, \”Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı modern.az saytına deyib ki, axtarışlarla bağlı dəyişən bir şey yoxdur:

\”Axtarışlar hələ ki eyni istiqamətdə, eyni yerdə davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, o cümlədən könüllülər prosesdə iştirak edir və ərazidən heç çıxmayıblar. Daim ordadırlar”.

Z.Qasımlı axtarışların hansı formada aparıldığından da söz açıb:

\”Hava şəraitindən asılı olaraq axtarışların forması dəyişir. Buna baxmayaraq qeyd etdiyim kimi, alpinistlərin axtarışı dayanmayıb və davam edir”.

Rəsmi məlumata görə, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış \”Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

İnterpress.az