İnterpress.az xəbər verir ki, bu barədə şair Tərlan Əbilov \”Feysbuk\” sosial şəbəkəsində status olaraq qeyd edib. T. Əbilov sözügedən marketlər şəbəkəsini müştəriləri aldatmaqda ittiham edib.
\”Bazar Store\”dən çay içməyə \”Mars\” şokoladı götürürdüm, vitrində qiymətinin 67 qəpik yazılmasına baxmayaraq, kassada oturan xanım 80 qəpik istədi. Bu, nə özbaşınalıqdır – deyə, hay-küy saldım. Bir nəfər izah etmədi. Bu marketləri idarə edənlər özlərini kim hesab edir? Desinlər ki, dilənirik, 1 manat əlavə verim\” – deyə, şair Tərlan Əbilov bildirib.
İnterpress.az