İran: baş örtüyünü çıxaran qadına 2 il həbs verilibbackend

İran: baş örtüyünü çıxaran qadına 2 il həbs verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran prokuroru Abbas Cəfəri-Dolatabadi bildirib ki, adı hələ ki, məlum olmayan qadın \”mənəvi pozuntuya çağırış\”da ittiham olunub.

O həmçinin deyib ki, müalicə ehtiyacları səbəbilə qadının həbsi 21 ay sonra başlayacaq.

Bu qadın dekabr ayında İranda baş vermiş kütləvi etirazlar vaxtı sosial şəbəkələrdə paylaşılan şəkili ilə etirazların simasına çevrilmişdi.

Bundan əvvəl qadının azad edildiyi deyilirdi.

31 yaşlı qadının bir körpənin anası olduğu deyilir.

1979-cu il İran İslam İnqilabından sonra iranlı qadınlar İslam qaydalarına uyğun olaraq, saçlarını örtülü saxlamağa məcbur ediliblər. (bbc)

İnterpress.az