Ölkə.Az-a rayonun hüququ-mühafizə orqanlarından verilən məlumata görə, polis şöbəsində dindirilən rayon sakini, 48 yaşlı Tofiq Şükürov özünü 3-cü mərtəbədən yerə atıb.
Rayon xəstəxanasına çatdırılan yaralının vəziyyəti orta ağırdı.
Artıq Tovuz Rayon Polis Şöbəsində dindirilmə zamanı özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bir sıra təfərrüatlar məlum olub. İlkin məlumata görə, hadisə baş verən zaman T.Şükürov narkotik vasitənin təsiri altında olub.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanılıb.
İnterpress.az