“Neftçi” ardıcıl 2-ci qələbəsini qazandı – VİDEObackend

“Neftçi” ardıcıl 2-ci qələbəsini qazandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Turun açılış matçında “Kəpəz” Gəncədə “Qəbələ”ni sınağa çəkib. Meydan sahibləri ötən tur uzun fasilədən sonra aktivlərinə 3 xal yazmışdı. “Qəbələ” isə əksinə, son 2 turda ardıcıl uduzmaqla çempionluq yolunda ciddi zərbə almışdı. Odur ki, komandalar meydana fərqli əhval-ruhiyyədə çıxmışdılar. Oyunun taleyini bir qol həll edib. 66-cı dəqiqədə fərqlənən Filip Ozobiç komandasına vacib qələbə qazandırıb.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Keşlə”ni qəbul edib. Qarşılıqlı qolla şəraitində keçən görüş meydan sahibləriinin qələbəsi ilə başa çatıb – 3:2.

İnterpress.az