İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, bir otağının tavanı 12 m2 sahədə və ev əşyaları yanıb.
Yüksək temperaturdan dəhlizin, hamamın və mətbəxin lambirdən ibarət tavanı 25 m2 sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
İnterpress.az