Mirşahinin kanalının yayıma başlayacağı tarix açıqlandıbackend

Mirşahinin kanalının yayıma başlayacağı tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, \”Real” TV-nin martın 12-dən sonra \”Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da \”Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, \”Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

\”Real\” TV-nin baş direktoru Mirşahin Ağayevdir.

İnterpress.az