Bunu \”Sputnik Azərbaycan\” Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov dedi. Onun sözlərinə görə, fəaliyyətdə olduğu 20 il ərzində birliyə minlərlə müraciət daxil olub:
\”Son vaxtlar edilən şikayətlərin biri bazarda olan qəndlərlə bağlıdır. Qəndlərin xüsusi ağardıcı vasitəsilə ağardılması ilə bağlı məlumatlar daxil olurdu. Laboratoriya şəraitində aparılan tədqiqatlar nəticəsində istifadədə olan qəndlərin zərərli maddələrlə ağardılması iddiası öz təsdiqini tapıb\”.
\”Ümumiyyətlə, qida sektorunda təhlükəsizliklə bağlı məsələlər insanların narahatlığına səbəb olur. Xüsusən də bayram vaxtları əhalinin artan tələbatı qarşısında yarmarka və bazarlara arzuolunmaz məhsullar yol tapır\” -deyə, E.Hüseynov əlavə etdi:
\”Digər düşündürücü məqam isə ölkədə apteklərin sayının sürətlə artmasıdır. Mənim qənaətimcə, apteklərə, klinikalara bu qədər tələbin artmasının əsas səbəblərindən biri də bizim qidalanmamıza daxil olan məhsullarla bağlıdır\”.
Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Xalid Bayramlı da iştirak edirdi. O, öncə agentliyin funksiyası barədə məumat verdi. Bildirdi ki, yeni yaranan bu qurumun əsas məqsədi insanları təhlükəsiz qida ilə təmin etmək, bu istiqamətdə milli sertifikatları beynəlxalq standartlara uyğunlaşdırmaq və bu sahəyə dövlət nəzarətini gücləndirməkdir. Şəfafflığı təmin etmək, dövlətimizin əhalinin sağlam qidalanmasına hesablanmış sosial siyasətini uğurla aparmaq agentliyin qarşıya qoyduğu əsas vəzifələrdəndir.
İnterpress.az
Agentlik rəsmisi qeyd etdi ki, artıq təmsil etdiyi qurum qida sənayesi ilə bağlı çoxtərəfli ciddi fəaliyətə başlayıb. Bu istiqamətdə bəlli bir fəaliyyət mexanizmi formalaşıb.
Sonda media nümayəndələrinin sualları cavablandırıldı. Təəssüf hissi ilə qeyd edildi ki, bazar səbətində qiyməti qalxan məhsullar bir daha enmir. Ötən illə müqayisədə bu il istehlak bazarında 10 faizdən çox bahalaşma var.