Metroda qatarın relsinə yıxılan 85 yaşlı qadın xilas edilib – YENİLƏNİBbackend

Metroda qatarın relsinə yıxılan 85 yaşlı qadın xilas edilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, Bakı metrosunda qatarın relsinə düşən şəxs xilas edilib: \”Qatarın relslərinə üzərinə yıxılan şəxs 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır. \”İçərişəhər\” stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız gərginliyi çıxarıb xanımı stansiya yolundan çıxardıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də təcili tibbi yardıb çağırılıb. Məlumatları da özü verib. Xətdə, ümumilikdə, 3 dəqiqə gecikmə yaranıb\”.

* * *
13:10

Bakı metrosunda sərnişin qatar relsinin üzərinə yıxılıb.

İnterpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, bu dəqiqələrdə (12:55) \”İçərişəhər\” stansiyasında sərnişin qatar yoluna (relslərin üzərinə) yıxılıb: \”Hadisə xətdə qatar olmayan vaxt baş verib. Hazırda gərginliyi dayandırıb həmin sərnişini çıxartmağa çalışırıq. Təbii ki, bu da xətdə müəyyən gecikməyə səbəb olacaq. Xahiş olunur sərnişinlər bunu nəzərə alsınlar\”.

İnterpress.az