Bu barədə İnterpress.az Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir
Muxtar respublikadan səs verməyə qoşulacaq seçicilərin ümumi sayı 262874 nəfərdir.
Onlardan 129484 nəfəri (49,3%) kişi, 133390 nəfəri isə (50,7%) qadındır. Muxtar respublikada 1368 nəfər bu ilki seçkilərdə ilk dəfə səs verəcək.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 125 seçki dairəsində keçiriləcək. Bu dairələrdən 7-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.
İnterpress.az