Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Aytac Zeynalova halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib.
İlkin tibbi yardım edildikdən sonra dərman preparatı ilə zəhərlənmə diaqnozu qoyulan 10-cu sinif şagirdi reanimasiya şöbəsinə qaldırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, A.Zeynalova özünü pis hiss etdiyinə görə dərman həbi qəbul edib və bunun nəticəsində zəhərlənib.
İnterpress.az