İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar hər üç şəxs Göyçay rayon Polis Şöbəsinə gətirilib. Üzərilərinə baxış zamanı onlardan İlham Rəhimovun adına verilən saxta ümumvətəndaş pasportu, İsmayıl Cəfərovun, Elşad Əhmədovun, Məqsəd Cəfərovun adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların həmin saxta sənədləri Yevlax şəhərində yeni yaşayış sahəsindəki evlərdən birində yaşayan İzzət Musayevdən almaları müəyyən edilib.
İzzət Musayevin evinə baxış zamanı 1 ədəd surətçıxarma aparatı, Gülnaz Bayramovanın və Təranə İsmayılovanın adlarına verilən saxta şəxsiyyət vəsiqələri və 24 ədəd kağız aşkar edilərək götürülüb. İzzət Musayevin tutulması üçün əməliyyat-axtarış tədbirlər görülür.
İnterpress.az