2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 6400 inzibati xəta faktı aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən İnterpress.az -a bildirilib ki, bunlardan 191-i gizli keçirmə, 321-i bəyan etməmə, 4665-i malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, digər inzibati xəta faktlarıdır.
İnterpress.az