Ərinin valideynləri onu təzyiqlərə məruz qoyub – İki uşaq anasının intiharının ŞOK TƏFƏRRÜATLARIbackend

Ərinin valideynləri onu təzyiqlərə məruz qoyub – İki uşaq anasının intiharının ŞOK TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın A24.az-a istinadən əldə etdiyi məlumata görə, rayonun Xələc kəndinə gəlin köçən 1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva qayınanası və qayınatası tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra intihara əl atıb.

Məlumata görə, Ağcabədi rayonundan Xələc kəndinə gəlin köçən Ü.Əliyeva qızıl zinət əşyalarını valideynlərinə verib. Valideynləri onun zinət əşyalarını sataraq pulu xərcləyib. Bir neçə aydır ki, həyat yoldaşının valideynləri gəlindən zinət əşyalarını tələb ediblər. O isə dəfələrlə ata və anasına qızılları qaytarmağı xahiş edib və buna görə də ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Amma onun valideynlərinin maddi imkanı çatmağından zinət əşyalarını qaytara bilməyiblər. Nəhayət, dekabrın 6-da axşam saatlarında qayınanası və qayınatası tərəfindən zinət əşyalarına görə növbəti dəfə təzyiqlərə məruz qalan Ü.Əliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisə baş verən zaman Ü.Əliyevanın həyat yoldaşı işdə olub. O, hadisədən bu gün səhər saatlarında işdən evə qayıdarkən xəbər tutub.

Mərhumun meyiti bu gün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində müayinə olunduqdan sonra valideynlərinə təhvil verilib və meyit dəfn olunmaq üçün Ağcabədi rayonuna aparılıb.

Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Interpress.az