DİN Mətbuat xidmətindən Interpress.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Interpress.az