Interpress.az xəbər verir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bundan sonra Türkiyə Suriyanın şimalında terrorçuluğa qarşı fəal və qətiyyətli mübarizə aparacaq:
“Tezliklə Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərini PYD/YPG terrorçularından azad edəcək”.
Xatırladaq ki, bir neçə gün əvvəl R.T.Ərdoğan Mənbicin azad olunması üçün əməliyyatın yaxın günlərdə başlayacağını demişdi.
Interpress.az