Interpress.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2,3 dəfə artıb. Ötən ilin 11 ayında ölkəmizə 9 min 828 ədəd avtomobil idxal olunmuşdu.
Noyabrda cəmi avtomobil idxalı 3 min 378 ədəd, o cümlədən minik avtomobili idxalı 3 min 84 ədəd təşkil edib.
Cari ilin 11 ayı ərzində ölkəyə gətirilmiş avtomobillərin 235 ədədini avtobuslar, 20 min 429 ədədini minik avtomobilləri, 1 938 ədədini yük avtomobilləri, 112 ədədini isə xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.
Interpress.az