Interpress.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, həmin şəxslər 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.
Həmçinin bu şəxslərlə birgə Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlu da həbs edilib. Onların cinayət işi ayrıca icraata götürülüb və Bakı Hərbi Məhkəməsinə göndərilib.
Interpress.az
Interpress.az