Interpress.az xəbər verir ki,bu barədə “Bakcell”in yeni satış mərkəzinin açılışında iştirak edən şirkətin direktoru Nikolay Bekers bildirib.
“Gələn ilin I rübündə mobil telefonumuzu müştərilərə təqdim edəcəyimizə ümidliyik. Telefon bütün müasir funksiyalara malik olacaq, sərfəli qiymət və satış şərtləri ilə insanlara təklif ediləcək”, – deyə o, qeyd edib.
Onu da deyək ki, “Bakcell”in yeni satış mərkəzindən mobil telefon alanlar bu ilin sonuna qədər şəbəkədaxili limitsiz danışıq dəqiqələri və internetə çıxış imkanı əldə edəcəklər.
Interpress.az