İslamçılar 19 min sayta hücum edibbackend

İslamçılar 19 min sayta hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, özlərini islam tərəfdarları adlandıran bir qrup haker 19 min sayta hücum edib. Hakerlər saytlara müxtəlif mesajlar yazaraq hücumların davam edəcəyini bildiriblər.

Mövzuyla bağlı açıqlama verən Fransa ordusunun Kiber Təhlükəsizlik Departamentinin rəhbəri Arnaud Kostil deyib ki, bəzi tanınmış saytlar islami haker qrupları tərəfindən hüçum altındadır: “Tam 19 min saytı hədəf aldılar. Bir saytı nəzarət altına alıb içini dəyişdirirlər. Hədəfə alınan saytlar pizza dükanları və hərbi saytlardır. Güclü hücuma məruz qalırıq. Belə bir şeyi daha əvvəl görmədik”.

İnterpress.az