Interpress.Az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Komitə sədri vətəndaşlara müraciət edib: \”Halbuki, günorta saatlarından sonra vətəndaşlar sərhəd keçid məntəqələrindən sərbəst keçə bilərlər. Hər kəs, xüsusən də cənubda olan vətəndaşlarımız səhər saat 9:00-11:00 arasında sərhəd keçid məntəqələrindən keçmək istəyir. Xahişimiz odur ki, sərhəd keçid məntəqələrindən keçən zaman saatı seçərkən sıxlığı nəzərə alsınlar\”.
DGK sədri 2019-cu ilin ortalarından elektron növbə sisteminin tətbiq ediləcəyini qeyd edib.
Interpress.Az