MTRŞ-nın şöbə müdiri: Televiziyalarda gizli reklam və sponsor reklamları ilə bağlı problemlər tam aradan qaldırmayıbbackend

MTRŞ-nın şöbə müdiri: Televiziyalarda gizli reklam və sponsor reklamları ilə bağlı problemlər tam aradan qaldırmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu \”Report\”a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, bundan başqa, əvvəlki dövrlərdə bir sıra yayımçılar tərəfindən sui-istifadə hallarına yol verilməklə bir verilişlərdə bəzən 25-30 dəqiqəyədək sponsor reklamı verilirdisə, artıq bu istiqamətdə də xeyli müsbət nəticələr əldə edilib: \”Bununla belə, reklam, gizli reklam və sponsor reklamları ilə bağlı problemlər tam şəkildə aradan qaldırılmayıb. Bu istiqamətdə işlər davam etdirilir.

Düzdür, Şura reklam və sponsor reklamı məsələsində yayımçılara müəyyən güzəştlər edir. Lakin qeyd etdiyim kimi, bəzən bu güzəştlərdən sui-istifadə halları müşahidə olunur. Bu isə hazırda Monitorinq Qrupu tərəfindən daim diqqətdə saxlanılır. Hər bir yayımçı ilə bağlı qanun pozuntuları üzrə ayrılıqda və müqayisəli dosyelər hazırlanaraq rəhbərliyə təqdim edilir\”.

Interpress.Az