Mirsamir Məmmədov:  Cənab Prezident xalqımızın əmin-amanlığının təminatçısıdırbackend

Mirsamir Məmmədov: Cənab Prezident xalqımızın əmin-amanlığının təminatçısıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚

Dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanan və hər zaman xalqın xidmətində olan‚ özünü hər zaman xalqın bir nömrəli xidmətçisi adlandıran Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə Azərbaycan daha yeni və müasir inkişaf dövrünə qədəm qoydu. Xalqımızın Ümummilli Lideri‚ dövlətimizin qurucusu və yaradcısı‚ Ulu Öndər Heydər Əliyevdən sonra ölkəyə rəhbərlik etmək ancaq Ulu Öndər siyasi məktəbini dərindən öyrənmiş‚ Heydər Əliyevin zəngin dövlətçilik meyarlarına sadiq olacaq‚ bu müqəddəs dəyərləri qoruyacaq və daha da inkişaf etdirəcək layiqli bir şəxsə ehtiyac vardı. O şəxs Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev idi. Cənab İlham Əliyev bütün Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi‚ sonsuz rəğbət bəslədiyi və ən güvəndiyi şəxsiyyətdir. Dövlətimizin Başçısı hər zaman xalqın bu etimadını doğrultmuş və hər bir Azərbaycanlının ümid çırağına çevrilmişdir. Vəzifəsinin icrasına başladığı andan etibarən gecə gündüz xalqın xidmətində olan Prezident İlham Əliyev‚ yalnız xalqın maraqlarını‚ xalqın rifah halının yaxşı olmasını və firavanlığını düşünərək ölkəmizin və xalqımızın parlaq gələcəyi istiqamətində çalışmaqdadır. Bu gün qətiyyətlə demək olarki bütün dünyada Azərbaycan reallıqları və həqiqətləri tanınır. Ölkəmizin dünyada öz sözünü müstəqil ifadə etməsi‚ müstəqil siyasət aparılması‚ dünyada baş verən böyük fəlakətlərdən Azərbaycanın yan keçməsi‚ ölkəmizdəki sabitlik və təhlükəsiz həyat mühiti cənab Prezidentin uğurlu və praqmatik siyasətinin nəticəsidir.

Azərbaycanın dövlət müstəqilliyi‚ suverenliyi bir dövlət olaraq yaradılması xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günkü qüdrətli dövlətimizin var olması Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mövcud oldu. Ulu Öndərdən sonra onun siyasi yolunu, dövlətçilik dəyərlərini və yüksək ideyalarını çox uğurla davam etdirən və Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev də bu yolu şərəf və ləyaqətlə davam etməkdə, eynən Ulu Öndərin bütün əmanətlərini, onun dövlətçilik missiyasını yüksək şəkildə öz çiyinlərində daşımaqdadır. Ulu Öndər Heydər Əliyevdən dövlətçilik dərsi almış, möhtərəm cənab İlham Əliyevin bütün amalı ölkə əhalisinin qayğısına qalmaq, onun ən layiqli xidmətçisi olmaq, dövlətçiliyimizin keşiyində durmaqdır. Göründüyü kimi, ölkə başçısı bütün bu amallara ən yüksək şəkildə xidmət etməkdədir. Məhz bu səbəbdən Azərbaycan sürətlə inkişaf edir, hər bir sahədə öz sözünü dünya səviyyəsində deməkdədir. Hər sahədə olduğu kimi, ordu quruculuğuna da diqqət ayıran möhtərəm cənab İlham Əliyev ordumuzun peşəkar zabitlərdən, yüksək təlim görmüş şəxslərdən təşkil olunmasında var qüvvəsi ilə çalışmışdır. Eynən bununla bərabər, ordumuzun arsenalındakı silahların mütamadi yenilənməsinə, ən güclü və müasir silahlarla təchiz olunmasına hər zaman diqqət yetirmişdir. Məhz ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yüksək diqqəti və qayğısıdır ki, Azərbaycan ordusu, bölgənin ən güclü və ən qüdrətli ordusu hesab olunur. İstənilən hərbi təcavüzə və hərbi hücuma qarşı Azərbaycan ordusu çox sürətli, güclü və effektiv həlledici hərbi cavab zərbəsinə malikdir. Bölgənin bütün ölkələri, Azərbaycan ordusunun bu canlı və texniki hərbi qüvvəsindən xəbərdardır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsaı qoyulmuş Milli Ordumuzun, Azərbaycan Silahlı Qüvvələrinin son inkişaf mərhələsi, sürətli güclənməyə nail olması, birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna xidmətlərinin bəhrəsidir. Ordumuzun bu qədər güclənməsi, müdafiəmizin yüksək səviyyədə təmin olunması Azərbaycan Prezidentinin orduya qayğısı və diqqəti sayəsində əldə olunan misli olmayan uğurlardandır. Ordu quruculuğu məsələlərində olduğu kimi digər bütün sahələrdə də əldə olunan nailiyyətlər, bütün uğurlar dövlət başçısının apardığı parlaq siyasətinin göstəricisidir. Hər sahədə ölkə rəhbərinin qayğısını görmək olar.

Ölkəyə qarşı erməni lobbisinin və ermənipərəst mərkəzlərin və siyasi dairələrin və ermənipərəst xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi bütün anti-Azərbaycan kampaniyalarının, qərəzli addımların və təxribat əməllərinin qarşısında Azərbaycanın müstəqil ölkə olaraq təkbaşına sinə gərməsi, bütün siyasi hücum əməliyyatlarını uğurla dəff etməsi, bütün iyrənc politikalara qarşı layiqli cavab verilməsi dövlət başçısının qüsursuz siyasətindən‚ mükəmməl idarəçilik və dövlətçilik təcrübələrindən qaynaqlanmaqdadır ki, həyata keçirilən siyasət, seçilmiş doğru və dəqiq hesablanmış məqsədlər, ölkəni bütün qüvvələrə qarşı qorumaqda və hifs etməkdədir. Cənab İlham Əliyev hər zaman xalqın xidmətindədir. Ölkəmizdəki təhlükəsizliyin və suverenliyimizin qorunması‚ Ulu Öndər Heydər Əliyevin mükəmməl dövlətçilik ideyalarının və dəyərlərinin yaşadılması da cənab İlham Əliyevin müstəsna xidmətləridir.

Cənab Prezidenti 57 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir‚ işlərində daha da böyük uğurlar və yüksək nailiyyətlər diləyirik.

Interpress.az