Nazirlər Kabineti Dənizkənarı Bulvar İdarəsinə bu səlahiyyəti verdibackend

Nazirlər Kabineti Dənizkənarı Bulvar İdarəsinə bu səlahiyyəti verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə – \”Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası\”nın 2-ci hissəsində (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilərkən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, \”İçərişəhər\” Dövlət Tarix-Memarlıq və \”Qala\” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə \”İçərişəhər\” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) arasında icazə müqaviləsi bağlanılır) \”isə \”İçərişəhər\” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi\” sözləri \”İçərişəhər\” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi\” sözləri ilə əvəzlənib. (Trend)

Interpress.Az