İmperiyanın süqutunun səbəbi açıqlandıbackend

İmperiyanın süqutunun səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər İranın şimalında Qol-i Zərh mağarasında stalaqmitin kimyəvi tərkibini təhlil edərək bu qənaətə gəliblər.

Akkad dövləti eramızdan əvvəl XXIV-XXII əsrlərdə Mesopotamiyada, müasir İraq ərazisində mövcud olub. Bu dövlət o dövrlərin böyük dövlətlərindən olub və eramızdan əvvəl XXIII əsrdə tənəzzülə uğrayıb.

Klimatoloqlar stalaqmiti araşdırıb və iki özəlliyini müəyyən ediblər.

4510-4260 il əvvəl maqnezium/kalsium nisbətində artım, stalaqmitin artımında yavaşlama və sabit oksigen izotoplarının tərkibində artım olub.

Sonuncunun sayının artması uzun bir quraqlıq dövrünün olduğunu sübut edir və çox sayda maqnezium atomunun olması havada yüksək miqdarda toz olduğunu göstərir.

Alimlərin fikrincə, quraqlığın düşməsi ani olub. Belə ki, bu da insanların Mesopotamiyanın şimalından daha uyğun yerlərə köçməsinə səbəb olub. Uyğun olmayan iqlim bir neçə yüz il davam edib. (sputnik)

Interpress.Az