Interpress.Az xəbər verir ki, bununla belə, ukraynalı ekspertlər hərbi vəziyyətin uzadıla biləcəyini istisna etmirlər.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov isə bəyan edib ki, Kiyev gəmilərin Kerç boğazından keçməsi üçün yeni keçid məntəqəsinin yaradılmasını planlaşdırır. Rusiya XİN –də Turçinovun bu bəyanatı vəziyyətin gərginləşdirilməsinə yönələn növbəti təxribat kimi qiymətləndirilib.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı münasibətlər 25 noyabrda Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlamasından sonra daha da gərginləşib. Ukrayna prezident Petro Poroşenko Kerç boğazındakı insidentlə əlaqədar ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərmişdi. Lakin bu, deputatların çoxunda narazılıqla qarşılandı və Poroşenkonun seçiqabağı rıçağı kimi qiymətləndirildi. Nəticədə Ali Rada hərbi vəziyyətin müddətini 30 günə endirərək noyabrın 26-da Poroşenkonun hərbi vəziyyətlə bağlı fərmanını təsdiqlədi. Fərman 29 noyabrda qüvvəyə mindi.
Hərbi vəziyyət seçkilərdə iştirak hüququ, fikir və söz azadlığı daxil olmaqla vətəndaşların konstitusion hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü nəzərdə tutur.
Interpress.Az