Bakıda kütləvi dava – 19 yaşlı oğlan bıçaqlandıbackend

Bakıda kütləvi dava – 19 yaşlı oğlan bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.

Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir./Trend/

Interpress.Az