Bakıda 150 manata görə tanışlarını öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunubbackend

Bakıda 150 manata görə tanışlarını öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu qətlə yetirib.

Məlum olub ki, V.Əlizadə K.Quliyevi pul mübahisəsinə görə bıçaqlayaraq öldürüb.

Belə ki, hər iki şəxs fəhləçiliklə məşğul olab və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc pul alıb. Borcun məbləği isə 150 manat olub. Daha sonra V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

Tanışların pul mübahisəsi daha sonra davaya keçib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb.

Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.

Onlar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham olunurlar.

Interpress.Az