Interpress.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər\” mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, kameralar daha çox kənar müdaxilə olan yerlərdə quraşdırılıb: \”Bu il Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonlarında yerləşən meşələrdə kameralar quraşdırılıb. Bu iş gələn il davam etdiriləcək\”.
Nazir müavini qeyd edib ki, növbəti ildə kameraların sayı artdıqca operator mərkəzinin yaradılması nəzərdə tutulub: \”Kameralar 24 saat işləyir və günəş batareyarı ilə təmin edilib\”.
Interpress.Az