\”News.co.il” xəbər verir ki, jurnalistlərdən biri ABŞ hərbi kontingentinin Suriyadan çıxarılacağı təqdirdə, ABŞ-ın ən yaxın müttəfiqi olan İsrailin təhdid altında qala biləcəyi ilə bağlı bəyanatını şərh etməsini xahiş edib.
\”Mən bunun fərqli görürəm. Bibi (Binyamin Netanyahu) ilə söhbət etmişəm. Ona bu haqda danışmışam. Bilirsiniz, biz İsrailə ildə 4,5 milyard dollar yardım göndəririk. Onlar özlərini qorumağı yaxşı bacarır, buna əmin ola bilərsiniz”,- deyə Tramp bildirib.
Tramp ABŞ-ın bundan sonra da İsrailə dəstəyi davam etdirəcəyinə əmin edərək, əslində, ABŞ-ın İsrailə yardımının açıqlanan məbləğdən çox olduğuna eyham vurub.
Bu arada, İsrail mediası Trampın bu bəyanatında səhv tutub. Məlumata əsasən, hazırda Vaşinqtonun İsrailə illik hərbi yardım paketi 3,8 milyard dollar təşkil edir.
Interpress.Az