Hadisə Kuins ərazisində, \”Consolidated Edison\” şirkətinin zavodunda baş verib.
Şəhərin polisi \”Twitter\”dəki səhifəsində bildirib ki, şəhərdəki göy tüstü dumanı transformatorun partlayışından sonra yaranıb. Hüquq-mühafizə orqanları yanğının nəzarət altında olduğunu, əlavə məlumat veriləcəyini qeyd ediblər. Hələlik zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.
NBC teleşirkəti sakinlərin şəhər üzərindəki mavi işığın fotolarını sosial şəbəkələrdə paylaşdıqlarını xəbər verib.
Bir neçə ay əvvəl Nyu-Yorkda bıçaqla silahlanmış qadın uşaq bağçasına hücum edib. (report)
Queens. pic.twitter.com/BWfucxjWXZ
— John Redcorn (@BrianFutura_) December 28, 2018
Interpress.Az