Bu barədə Interpress.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, hadisə rayonun Sığırlı kəndi ərazisində yerləşən marketlərdən birində baş verib.
Belə ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində marketdən 14.000 manat oğurlamaqda şübhəli bilinən kənd sakini Tural Kərimov saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Interpress.Az