Jurnalistlər binasından oğurluq edən şəxslərin cinayət işi məhkəməyə göndərilibbackend

Jurnalistlər binasından oğurluq edən şəxslərin cinayət işi məhkəməyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Anar Tanrıverdiyevinicraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 24-ü saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 22 saylı binanın 105 nömrəli mənzilinin giriş qapısının qarşısından Süleyman İsmayılbəyliyə məxsus 150 manat dəyərində velosiped oğurlanıb. Həmin gün saat 22 radələrində həmin binada 131 nömrəli mənzildə yaşayan Müşfiq Ələsgərliyə məxsus 550 manat dəyərində “Wolf” markalı velosiped qapının qarşısından oğurlanıb.

Binadan mütəmadi oğurluq edən şəxslər növbəti cəhdlərində ələ keçiblər. Noyabrın 26-sı gecə saat 1 radələrində 130 nömrəli mənzildə yaşayan Rəsmiyə Qarayevanın oğluna məxsus 225 manat dəyərində “Lada Sport” markalı velosipedi götürüb pilləkənlərlə aşağı düşürərkən binanın mühafizəçisi İbrahim Əhmədov tərəfindən saxlanılıblar.

İstintaq zamanı onların 1979-cu il təvəllüdlü Füzuli rayon sakini K.Orucov və tanışı A.Şahbazov olduğu müəyyən edilib və onların barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxslər hər üçü jurnalistdir. Oğurluqların hər üçü binanın 12-ci mərtəbəsində baş verib. Rəsmiyə Qarayeva Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşı, Müşfiq Ələsgərli Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Süleyman İsmayılbəyli “Olaylar” qəzetinin əməkdaşıdır.

Interpress.Az