Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb.
İnterpress.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, o, 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq.
İnterpress.az