İranın PressTV telekanalının qadın jurnalisti Mərziyə Haşimi Vaşinqtonda saxlanılıb.
İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü telekanalın \”Twitter\” mikrobloquna yerləşdirilən məlumatda deyilir.
\”Bizə PressTV-nin jurnalisti və \”xəbərlər\”in aparıcısı Mərziyə Haşiminin Vaşinqtonda tutularaq həbs edildiyi xəbər verilib. Onun həbsinin səbəbləri aydın deyil\”, – deyə məlumatda qeyd edilir.
Bildirilir ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.
İnterpress.az