Çin uyğurların İŞİD-ə qoşulduğunu iddia edirbackend

Çin uyğurların İŞİD-ə qoşulduğunu iddia edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, insan haqları təşkilatları bir çox uyğurun Çində üzləşdiyi təzyiqlərdən qaçdığını vurğulayır. Çin mətbuatı isə onların terrorçu İŞİD-ə qatılmaq üçün ölkəni tərk etdiyini iddia edir.

Çin Milli Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamaya görə, ötən ilin may ayından bəri cənub-qərb sərhədində 262 insan qaçaqçılığı faktı qeydə alınıb.

Nazirlik qeyd edib ki, insan qaçaqçılığını əsasən Şərqi Türküstan İslami Hərəkatı (ETİM) tərəfindən reallaşdırılır və radikal dindar qruplarda savaşacaq insan yetişdirilir.
Çinin rəsmi xəbər agentliyi təşkilatın 300 üzvünün Türkiyədən keçməklə Suriyaya getdiyini bildirib. Nazirliyin verdiyi məlumata görə, son bir ildə müsəlmanların yaşadığı Henan, Quandonq, Qunqxi, Siçuan, Yunnan və Şinjianq bölgələrində qeyri-leqal yollarla sərhədi keçmək istəyən 852 nəfər tutulub.

İnterpress.az