Qubada yeraltı təkanlar gözlənilir: Təşvişə əsas yoxdurbackend

Qubada yeraltı təkanlar gözlənilir: Təşvişə əsas yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anomal hava şəraitinin zəlzələ ocaqlarına heç bir təsiri yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir. Bizim proqnozlarımıza əsasən, yaxın 15 gündə yeraltı təkanları Qubada gözləməyə dəyər. Ancaq təşvişə ehtiyac yoxdur, çünki yeraltı təkanlar zəif olacaq.

İnterpress.az xəbər verir ki, bu fikirləri Media.Az-a açıqlamasında Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimya tədqiqatları” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova deyib.

Onun sözlərinə görə, Qubadakı zəlzələnin lokal maqnitudası 3,03-3,09 olacaq. O əlavə edib ki, “Kompleks geokimya tədqiqatları” şöbəsinin əməkdaşları Azərbaycanın altı seysmik zonasındakı 27 müşahidə obyektində hər gün monitorinqlər aparır.

Qeyd edək ki, seysmoflüidodinamik tədqiqatlar seysmogeokimyəvi və seysmohidrogeodinamik metodlarla aparılır. Yeraltı sular və Xəzər dənizinin suyu, həll olunmuş qazlar və yer səthinin radioaktiv emissiyaları həmin tədqiqatların obyektləridir.

İnterpress.az