Abbas Əraqçi Paşinyanı seçki qələbəsi münasibətilə TƏBRİK ETDİbackend

Abbas Əraqçi Paşinyanı seçki qələbəsi münasibətilə TƏBRİK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Ermənistanın baş nazirini parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistanda keçirilən parlament seçkilərinin uğurla başa çatması, eləcə də Baş nazir Nikol Paşinyanın və onun rəhbərlik etdiyi partiyanın qələbəsi münasibətilə təbriklərini çatdırıb. Bu barədə iranlı nazir özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Ermənistanda parlament seçkilərinin uğurla keçirilməsi, Baş nazir Paşinyanın və onun rəhbərlik etdiyi partiyanın qələbəsi münasibətilə təbrik edirəm.

Şadıq ki, İran və Ermənistan arasında münasibətlərin dinamik inkişafını gücləndirmək məqsədilə konstruktiv əməkdaşlığı davam etdirmək üçün yaxşı imkan yaranıb”.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası qalib gəlib.

İlkin rəsmi məlumatlara görə, hakim partiya səslərin təxminən 49,82%-ni toplayaraq parlamentdə yenidən çoxluq əldə edib.

Abbas Əraqçi ilə yanaşı, bir sıra digər ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri də artıq Paşinyana təbrik məktubları ünvanlayıblar.

Xuraman Etibarlı

İnterpress.az