ABŞ, Cənubi Koreya və Yaponiya liderləri Xirosimada görüşəcəkbackend

ABŞ, Cənubi Koreya və Yaponiya liderləri Xirosimada görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden, Cənubi Koreya prezidenti Yoon Suk-yeol və Yaponiyanın baş naziri Kişida Fumio Yaponiyanın Xirosima şəhərində görüşəcəklər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir ABŞ səlahiyyətlisi, ABŞ prezidenti Bayden, Cənubi Koreya prezidenti Yoon və Yaponiyanın Baş naziri Kişida ilə üçlü sammitdə görüşəcək.

Rəsmi Xirosimada keçirilməsi gözlənilən sammitin tarixi ilə bağlı dəqiq məlumat verməyib.

Digər tərəfdən, diplomatik mənbələrdən əldə edilən məlumata görə, sammit mayın 21-də, G7 Liderlər Zirvə toplantısının son günündə keçirilə bilər. Mənbələr Baydenin sammitdən sonra Avstraliyaya gedəcəyini bildirib.

Yaponiya milli mediası bildirib ki, Kişida G7 Sammitindən əvvəl Cənubi Koreyaya rəsmi səfər təşkil edə bilər, Yoon isə G7 Liderlər Zirvəsinə “müşahidəçi” kimi dəvət oluna bilər.